Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr açıqlanıb.
Hafta.az xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3918,7 manat, qeyri neft-qaz sektorunda 1044,9 manat təşkil edib. Eyni zamanda, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1133 manat olub.